Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əməkdar artistin vəfatı: İki qardaş iki ayın içində bir-birinin ardınca getdi...

Əməkdar artistin vəfatı: İki qardaş iki ayın içində bir-birinin ardınca getdi...

Tarix: 17 Noyabr 2021 20:50

Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru, mərhum Məcnun Hacıbəylinin oğlu Ceyhun Hacıbəylinin Qaynarinfo-ya müsahibəsini təqdim edirik:

- Ceyhun müəllim, Azərbaycanın sevilən aktyoru Məcnun Hacbəyli tamaşaçılarını tərk etdi. Aktyorun dəfn mərasiminə kimlər gəlmişdi?

- Çoxlu sayda zənglər gəlib. Teatrın mətbuat xidmətindən və aktyorlar zəng edib başsağlığı verib. Rayon Regional Mədəniyyət Mərkəzindən gəlmişdilər. Rayon İcra Hakimiyyətindən də nümayəndələr gəlib yaxından iştirak elədilər. Hər şey yaxşı idi, sağ olsunlar, heç kimdən narazılımız yoxdur.

- Bəs Məcnun müəlllimin dəfn mərasiminə Akademik Milli Dram Teatrının yaradıcı heyətindən kimlər gəlmişdi?

- Heç kim, aktyorlardan da gəlməmişdilər. Heç kənd camaatının əksəriyyəti bilmirdi. Çünki hadisə səhər baş verib. Hamı işə gedib, kim nə bilirdi ki... Qəfil olan ölümdür. Sosial şəbəkədən kim eşitdisə, ancaq onlar əlaqə saxlaya bildilər. Atamın dostları da axşama doğru məlumat almışdılar. Aktyorlar gəlməsə də, zəng elədilər. Atam Bakıda deyil, Qubada dəfn olunub. Bakıda olsaydı, gələrdilər, onlar heç gəlib çata da bilmzədilər. Atam saat ikidə dəfn olunub.

- Məcnun müəllimin son aylar səhhəti necə idi, xəstəydi, yoxsa?.. Yəni hər hansı narahatçılığı vardı?

- Çox yaxşı, heç bir yerindən şikayəti yox idi. Heç gözləmirdik, belə sağlam adam birdən-birə getdi. Koronavirusa yoluxandan sonra vəziyyəti ağırlaşdı.

- Məcnun müəllim sağlığında mətbuata verdiyi müsahibələrində tək yaşadığını deyirdi. Belə olan halda virusa necə yoluxub?

- Əmim rəhmətə getmişdi. Atam da onun yas yerinə getdi. Demə, atam ora gələnlərdən virusa yoluxub. Özü də bilməyib. Onun 7 mərasimindən sonra xəstələndi. Getdikçə də ağırlaşdı. Xəstəxanada mülaicə olundu, amma nə yazıq ki, onu xilas edə bilmədilər. Əmimin 40 mərasimi hələ təzə çıxıb. İki qardaş iki ayın içində bir-birinin ardınca getdi. Həyatdır da... Qismət necə yazılıbsa, elə də olur. Atam əvvəllər tək olub, son illər onu heç vaxt tək qoymadıq. Bacım və uşaqları onunla olurdu. Pandemiyada isə heç vaxt tək olmayıb, bacım onun qulluğunda olub.

- Məcnun müəllim gözəl aktyor idi, belə bir adam teatrdan niyə ayrılmışdı?

- Atam gözütox insan idi, heç nədən, heç kimdən ehtiyacı yox idi. Kimdəsə gözü olmazdı. Teatrdan ayrılmağına gəlincə, bu barədə söhbətimiz olmayıb. Sadəcə onu bilirəm ki, atam kəndə, elə-obaya bağlı biriydi. Bu səbəbdən də kənddə yaşamağı seçdi.


Etiketlər:  Əməkdar artistin vəfatı İki qardaş ayın içində birinin ardınca getdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ