Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Boşanan cütlüyün kolleksiyası 676 milyona satıldı - FOTO

Boşanan cütlüyün kolleksiyası 676 milyona satıldı - FOTO

Tarix: 18 Noyabr 2021 02:34

ABŞ-da daşınmaz əmlak məsləhətçiləri Harri Maklou və Linda Maklounun boşanma işində hakim cütlüyün birgə sahib olduğu kolleksiyasını hərraca çıxarmaq qərarı alıb.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, kolleksiyadakı əsərlər son 80 ilin ən önəmli rəssamlarının yeni işıq üzü görmüş rəsmlərdir.

"Sotheby's" hərrac evi dünən Maklou kolleksiyasından satılan əsərlərlə bağlı məlumat yayıb. Bildirilib ki, ikiliyə məxsus sənət əsərləri ümumilikdə 676 milyon dollar müqabilində alıcı tapıb. 

Mark Rotkonun "No.7"si 82,5 milyon dollara, Alberto Cakomettinin "Le Nez"i 78,4 milyon dollara, Cekson Pollokun "Nömrə 17.1951"i 61,2 milyon dollara, Say Tvomblinin "Untitled"i isə 589 milyon dollara satılıb.

Maklou kolleksiyasına aid daha 35 əsərin olduğu və onların 2022-ci ilin mayına qədər satılacağı bildirilib. Endi Uorholun məşhur "Doqquz Merilin" əsəri də onlar arasında yer alır.

Qeyd edək ki, Harri və Linda 2018-ci ildə boşanıb.


Etiketlər:  Boşanan cütlüyün kolleksiyası milyona satıldı FOTO


RƏYLƏR