Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İrəvanın şantajı: bu, guya kömək edəcək? - Marqulis

İrəvanın şantajı: bu, guya kömək edəcək? - Marqulis

Tarix: 18 Noyabr 2021 10:56

Gərginliyin Qarabağda, yəni Azərbaycan ərazisində deyil, Ermənistan-Azərbaycan sərhədində baş verdiyini nəzərə alsaq, İrəvanın Rusiya və KTMT-yə müraciəti üçün formal əsasının olduğunu düşünə bilərik - necə ki, artıq müraciətlə bağlı fikirlər səsləndirilir. Buna baxmayaraq, Rusiya və KTMT-nin digər ölkələrinin konfliktə müdaxilə edəcəyinə ciddi şübhəm var.

Milli.Az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət qulluğu Akademiyasının müəllimi, rusiyalı politoloq Sergey Marqulis deyib.

Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan arasında dostluq münasibətləri, o cümlədən hərbi blokdakı ölkələrin Bakı ilə münasibətləri KTMT-nin bu konfliktə müdaxilə mexanizmini olduqca çətinləşdirir:

"O ki qaldı Moskvaya, Kreml stabil olaraq burada mediator mövqeyini qoruyur və əsas hədəfi eskalasiyaya imkan verməmək, hər iki ölkə ilə dost əlaqəsini qorumaqdır. Lavrov da bu mövqedən çıxış etdi".

Ekspert vurğulayıb ki, Ermənistan Rusiyanın bu məsələyə birbaşa müdaxilə etməyəcəyini çox gözəl anlayır:

"Elə buna görə də o cür açıqlama (Ermənistan TŞ katibi Armen Qriqoryanın "Rusiyanın yardım etməyəcəyi halda Ermənistanın başqa variantları nəzərdən keçirəcəyi" sözləri - red.) meydana çıxıb. İrəvan Qərbə müraciət edə bilər, bu, əlbəttə ki, mümkündür. Əsas sual isə budur: ordan kömək gələcəkmi? Bunun üçün Qarabağdakı son konfliktə baxmaq lazımdır. Qərbdən o zaman İrəvana standart bəyanatdan başqa hansı yardım edildi?

Moskvada bunu yaxşı anlayırlar, ona görə də Ermənistanın bu cür şantaj və hədəsi heç bir effekt verməyəcək".

Milli.Az


Etiketlər:  İrəvanın şantajı bu guya kömək edəcək Marqulis


RƏYLƏR