Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Noyabr 2021 16:55
Müğənni Xatun Əliyeva bir müddət əvvəl dünyasını dəyişən qardaşı stilist Balaş Əliyev barədə danışıb.
Sonxeber.net yenisabah.az-a istinadən xəbər verir ki, sənətçi ARB telekanalında yayımlanan "Elgizlə izlə" verilişində qonaq olub. O, qardaşından danışaraq göz yaşlarına boğulub:
"Ümumiyyətlə, onun bu dünyadan vaxtsız gedişi hər kəsi yandırdı. Çünki sözün əsl mənasında, yaxşı insan idi. Gecə-gündüz ailəsi üçün canını verən. Biz evdə dörd uşaq idik. İki bacı, iki qardaş. Hər zaman çalışırdı ki, aramız mehriban olsun. 37 yaşında rəhmətə getdi, elə bil 70 yaşında rəhmətə getdi. Öz həyatını yaşaya bilmədi. Sakit insan idi. Tanıyanlar bilir".
Həmin görüntüləri təqdim edirik: