Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Noyabr 2021 18:56
İngiltərə polisi mayda keçirilən "Mançester Yunayted" - "Liverpul" matçının təxirə salınmasına səbəb olan daha 10 azarkeşi həbs edib.
Sonxeber.net apasport.az-a istinadən xəbər verir ki, polisin növbəti reydi nəticəsində bu işdə təqsirkar bilinənlərin ümumi sayı 18-ə çatıb.
Etiraz aksiyasında və iğtişaş törətməkdə şübhəli bilinənlər 20-51 yaş arası olanlardır. Hadisə ilə bağlı istintaq davam edir.
Qeyd edək ki, mayın 2-də 1000-dən çox azarkeş "Old Trafford"un qarşısında toplaşaraq, klubun Super Liqada iştirak etmək qərarına görə Qleyzer ailəsinə etiraz edib. Daha sonra fanatların stadiona daxil olması səbəbindən əzəli rəqiblərin görüşü təxirə salınıb.