Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2021 12:55
"Onun bu dünyadan vaxtsız gedişi hamını yandırdı. Gecə-gündüz ailəsi üçün çalışırdı. Biz dörd övladı hər zaman bir arada tutmağa çalışırdı".
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyev "Elgizlə izlə" proqramında deyib. Sənətçi dünyasını dəyişən stilist qardaşı Balaşdan bəhs edib:
"Rəhmətə getməzdən əvvəl bacımla aramı elə düzəldirdi ki... Aramız bir az sərin olan kimi başlayırdı. Balaş bibisinə, xalasına, hamıya yaxşı davranırdı. 37 yaşında rəhmətə getdi. Onu o qədər yorduq ki, elə bil 70 yaşında dünyasını dəyişdi. Mənim oğlum, bacımın övladı üçün nələr etdi. Kimə nə etdirsə, həmin adam bildi-bilmədi fərqi yox idi. Deyirdi, Allah bilsin bəsdir. Sosial şəbəkələr başlayanda deyirdim filankəslər instaqramla işləyir. Deyirdi yox, istəmirəm".