Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nəsrin qadağa iddialarına cavab verdi

Nəsrin qadağa iddialarına cavab verdi

Tarix: 19 Noyabr 2021 17:20

Aktrisa Nəsrin Cavadzadə sevgilisi Gökhan Alkana qadağa qoyması barədə yayılan məlumatlara münasibət bildirib.  

Sonxeber.net olay-a istinadən xəbər verir ki, o, instaqram səhifəsində açıqlama yayaraq Türkiyə KİV-nin yalan xəbər yaydığını qeyd edib:

"Bu gün haqqımda çıxan məlumatları təəccüblə oxudum! Aylardır bəzi film şirkətləri və bu kimi şeylərdən PR kimi istifadə edən menecerlərin adımı hallandıraraq gündəm yaratmalarına səssiz qaldım. Amma bu gün həm şəxsi həyatım, həm də peşəmə dil uzadacaq qədər xətti keçdilər və cavab vermək haqqımın olduğunu düşünürəm. Mənim kiminsə icra etdiyi sənətinə müdaxiləm olmaz!  Şəxs sevgilim olsa belə...

Çünki mən də eyni işi sevgi ilə görürəm. Mənim etdiyim işə kiminsə müdaxiləsi olmadığı kimi, mən də qarışmaram. Aktyorluq sənətini başa düşməyim üçün qarşımda 20 ilim var idi. Əmin olun, anladım. Sağ əlim anlamayanların başına". 

Qeyd edək ki, Nəsrinin Gökhanın rol aldığı "Kalp yarası" serialında tərəf müqabili Yağmur Tanrısevsinlə öpüşməsinə icazə vermədiyi iddia olunmuşdu. 


Etiketlər:  Nəsrin qadağa iddialarına cavab verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ