Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ruhi Əliyeva o gəncə telefon bağışladı

Ruhi Əliyeva o gəncə telefon bağışladı

Tarix: 20 Noyabr 2021 10:45

İş xanımı Ruhi Əliyeva əqli olaraq inkişafdan geri qalan İlyas Abdıyeva telefon bağışlayıb. 

Milli.Az Olay-a istinadən xəbər verir ki, o, "Təsir dairəsi" proqramında qonaq olarkən yeniyetmə anası ilə birgə studiyaya gəlib. 

İlyasın 2-3 yaşlı kimi olduğunu söyləyən ana onun yalnız "YouTube"də vətənpərvər mövzulu videolar izlədiyini, şəhidlərimizlə maraqlandığını deyib.

Verilişin aparıcısı Lalə Azərtaş bu sözlərin iş xanımını kövrəltdiyini, reklam fasiləsində İlyas üçün yeni telefon almaq istədiyini söyləyib.

Reklam fasiləsi bitdikdən sonra telefon studiyaya gətirilib və İlyasa verilib. İlyasın anası hədiyyə üçün R. Əliyevaya təşəkkür edib.

Milli.Az


Etiketlər:  Ruhi Əliyeva o gəncə telefon bağışladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ