Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Avqust 2019 16:26
Bakı. Samir Əli - Trend:
Bərdə rayonunda meşə massivində yanğın başlayıb.
Bu barədə Trend-ə Bərdə rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Bəxtiyar Abdiyev məlumat verib.
Onun sözlərinə görə, hadisə rayonun Cumalar kəndi ərazisindəki Cumalar meşəsində baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və canlı qüvvəsi cəlb edilib: "Yanğının bir hissəsi söndürülüb. Ərazi meşə fonduna aiddir, bələdiyyə ərazisi deyil. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin