Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Övlad valideynin günahına görə cavab verirmi?

Övlad valideynin günahına görə cavab verirmi?

Tarix: 20 Noyabr 2021 19:20

Dinimizə görə, hər kəs öz etdiyi əməllərə görə cavab verəcək. Birinin günah və savablarına görə başqası məsuliyyət daşımaz. Valideyn hər hansı günaha yol vermişsə, bunun cavabını özü verəcək. Övlad yalnız valideynin günahına şərik olduğu və onu pis yoldan çəkindirmədiyi təqdirdə məsuliyyət daşıya bilər. Bəzi uşaqların valideyn günahı üzündən şikəst doğulmaları isə uşağın günahı deyil və bunu cəza kimi qəbul etmək yanlışdır. İnsan müəyyən günahlara yol verdikdən sonra təbii qanunlar əsasında nəticəsinin də olacağını gözləməlidir. Məsələn, hündür yerdən yıxılan şəxs şikəst olmağa, hətta ölməyə hazır olmalıdır. Bu, onun günahı deyil və cəza sayılmaz. Valideynlər də uşağın nütfəsini qoyarkən və ya hamiləlik dövründə bəzi yanlışlıqlara yol versələr, bunu nəticəsi uşağın sağlamlığına təsir edəcək, bu, təbii qanunauyğunluqdur.


Etiketlər:  Övlad valideynin günahına görə cavab verirmi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ