Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İtaliyada COVID-19-a yoluxanların sayı 4,9 milyonu keçib

İtaliyada COVID-19-a yoluxanların sayı 4,9 milyonu keçib

Tarix: 22 Noyabr 2021 21:42

İtaliyada COVID-19 infeksiyasına yoluxanların sayı 4,9 milyonu ötüb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Səhiyyə Nazirliyinin məlumatına görə, son üç gündə ölkədə COVID-19-a daha 31 min 808 yoluxma faktı qeydə alınıb. Koronavirusa yoluxanların ümumi sayı 4 milyon 925 min 688-ə, pandemiyanın qurbanlarının sayı isə 133 min 177-yə çatıb.

Ölkədə ötən üç gündə 1 milyon 596 min 611 test icra olunub, hazırda aktiv COVID-19 xəstələrinin sayı 148 min 760 nəfərdir. Reanimasiya şöbəsində olan xəstələrin sayı 520, virusdan sağalanların sayı isə 4 milyon 643 min 751 olub.


Etiketlər:  İtaliyada COVID yoluxanların sayı milyonu keçib


RƏYLƏR