Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vüsalə Kərimova hansı məşhur aparıcını prinsipə düşüb işdən qovdurub? - VİDEO

Vüsalə Kərimova hansı məşhur aparıcını prinsipə düşüb işdən qovdurub? - VİDEO

Tarix: 23 Noyabr 2021 14:35

ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı tele-aparıcı Vüsalə Kərimova olub.

Milli.Az xəbər verir ki, tanınmış aparıcı məşhur aparıcının işdən qovulmasına səbəb olduğu iddiasına açıqlama gətirib:

"Bir insan həyatı boyu ona etdiyim yaxşılıqların qarşılığında mənə pislik edirsə, mən də mələk deyiləm. Tələbələrimdən bir nəfər vardı. Hansı ki, onun yazılarının birbaşa yardımçısı mən olmuşam. Onu öz yerimə müsahibə almaq üçün yüksək dairələrə göndərmişəm. Bir dəfə rəhbərliyin qarşısında mənim üzümə durdu. Ondan sonra onu heç vaxt bağışlamadım, sildim. Çox nadir hallarda kimisə həyatımdan silirəm. Bağışlanmağını istəyib. Demişəm ki, elə birini tanımıram.O insanı qarşımda görsəm üstündən ayaqlayıb keçərəm. Həmin insan kanalların birində yüksək vəzifəyə təyin edilmişdi. Bu yaxınlarda xəbərlərin birində oxudum ki, nəinki işdən çıxarılıb, hətta tutduğu vəzifəsi ləğv edilib. Bu hal məni sevindirmədi. Kiminsə işdən qovulmasının tərəfdarı olmamışam. O an dedim ki, ilahi ədalət".

Milli.Az


Etiketlər:  Vüsalə Kərimova hansı məşhur aparıcını prinsipə düşüb işdən qovdurub VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ