Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2021 19:25
Bir müddətdir qalmaqal yaşayan müğənni Nadir Qafarzadə və rəqqasə Fatimə Fətəliyeva barışıb.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu barədə Fatimə sosial şəbəkədə məlumat verib.
Belə ki, Nadir "Həmin Zaur" proqramında qonaq olarkən onu tənqid edən Fatiməni oğlunun toyuna çağırmayacağını desə də, Fətəliyeva instaqramda dəvətnamənin görüntüsünü paylaşıb.
Rəqqasə barışdıqlarını yazaraq dəvət üçün Nadirə təşəkkür edib:
"Bizim aramızı vura bilməzlər. Biz 20 ildir dostuq. Heç kimi sevindirə bilmərik. Dəvət üçün çox sağ ol, Nadir. Sevə-sevə iştirak edəcəm".