Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Noyabr 2021 08:10
Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə böyük məbləğdə cərimə ilə üz-üzə qalıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, buna səbəb aktrisanın "Yasak elma" serialına çəkilən zaman seti tərk etməsi və bir daha geri qayıtmamasıdır.
Məlumata görə, o, həmin vaxt setdə yaşanan gərginlikdən sonra həkimdən arayış alıb və telefonlara cavab verməyib.
Bu səbəbdən serialın ssenarisində məcburi dəyişikliklər olub.
Qeyd olunur ki, aktrisanı müqavilə öhdəliyni yerinə yetirmədiyi üçün 750 min TL (100 min AZN) cərimə gözləyir.
Xatırladaq ki, Nəsrin Cavadzadə hazırda "Üç kuruş" serialında çıxış edir.