Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Noyabr 2021 18:02
Aktrisa Hande Erçel açıq-saçıq geyimləri ilə sosial mediada diqqətləri üzərində toplamağa bacarır. Lakin bəzi fotolarını daha sonra silməsi sevgilisi, aktyor Kərəm Bürsinin qısqanclıq səbəbindən onu buna vadar etməsi kimi qiymətləndirilib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, aktyor sözügedən iddia ilə bağlı açıqlama verərək təkzib edib:
"Handenin nə geyindiyinə qarışmıram, o, da mənə", deyərək şayiələri sonlandırıb.
Qeyd edək ki, cütlük "Sen çal kapımı" serialında birgə rol aldıqdan sonra eşq yaşamağa başlayıblar.