Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qəbələ, Qusar və Ağsuda meşə yanğınları tam söndürülüb

Qəbələ, Qusar və Ağsuda meşə yanğınları tam söndürülüb

Tarix: 27 Avqust 2019 12:06

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi (FHN) Qəbələ, Qusar və Ağsu rayonlarında meşə zonalarında baş verən yanğınlarla bağlı məlumat yayıb.

FHN-dən Trend-ə verilən məlumata görə, Qəbələ rayonunun Solquca, İsmayıllı rayonunun Pirəbülqasım, Qusar rayonunun Cibir, Bərdə rayonunun Cumalar, Ağsu rayonunun Kəndaxan kəndləri ərazilərində meşə və meşəətrafı zonalarda baş vermiş yanğınlar Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən tam söndürülüb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Qəbələ Qusar Ağsuda meşə yanğınları söndürülüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ