Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəmişin qızı ilə Gülü arasında qalmaqal böyüyür: ''Qürurama toxunub...'' - VİDEO

Rəmişin qızı ilə Gülü arasında qalmaqal böyüyür: ''Qürurama toxunub...'' - VİDEO

Tarix: 29 Noyabr 2021 03:35

"Gülü ilə heç vaxt pis münasibətimiz olmayıb. O, birdən-birə bizimlə pisləşdi. Nə ev, nə pul istəmişik. Nə də aliment verib, anam imtina edib".

Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) birinci evliliyindən olan qızı Rasimə deyib. "Elgizlə izlə" proqramına gələn Rasimə əmisi Vaqif Hüseynovun onlarla bağlı dediyi "Gülü evdən onlara pay versin, kirayədə yaşayırlar" sözlərə aydınlıq gətirib:

"Qürurama toxunub, Gülşən xanım (Gülü) dedi ki, bizə ev verib və mən satmışam, kirayədə qalıram. Kirayədə qalmıram, öz evimdir, şəhərin mərkəzində qalıram. Sənətlərim də var. Anam bizi elə tərbiyə edib ki, kiməsə təzyiq göstərməyək. Rəhmətlik Sabir əmimin övladları, yoldaşı bizim hər məclisdə olub. Toyda, bayramda bir olmuşuq. Vaqif əmimlə isə əlaqəmiz yoxdur. Rəmiş Moskvadan bizə şirniyyat, qolbaq göndərib. Deyir, hər ay 300 dollar göndərmişəm. Olubsa, çeklər hər yerdə çıxa bilər. O biri bacımın övladı avtoqəzada rəhmətə gedib. Uşaq komada yatdı, atam bir dəfə gəlmədi. Uşaq yataq xəstəsi oldu qəzadan sonra.

O kişi rəhmətə gedib, indi bu söz-söhbət nəyə lazımdı? Sağlığında atamdan nə istədik? İndi rəhmətə gedəndən sonra nə istəyə bilərəm? Qanunla varis mənəm, qanunlarımı bilirəm".

O, atası ilə anasının ayrılmasından bəhs edib:

"Anamın ata-anası sayılıb, seçilən ailə olub. Bizim pula ehtiyacımız olmayıb, sürücümüz də olub. Hr yerə gedib-gəlməyə qoymayıblar. Ona görə də atamın ikinci nikahdan olan oğlunu görməmişik. Atam anama ikinci xanımı ilə xəyanət edib. Gülü isə üçüncü olub".


Etiketlər:  Rəmişin qızı ilə Gülü arasında qalmaqal böyüyür Qürurama toxunub VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ