Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Noyabr 2021 16:20
"Allahın yazısıdır, kimə nə yazıb, onunla razılaşmaq lazımdır. Biz kimik ki, Allah özü bilən məsləhətdir. Allah birinə yaxşı ər, yaxşı sənət, övlad , yaxşı ata-ana verir. Hamısını bir adama versə, onda durub çıxasan göyə ki, Allah mənəm. Bir yer kəsik olmalıdır, həyatın marağıdır".
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva "Xəbər-ətər" verilişində deyib. Qarmon ifaçısı qadın-kişi münasibətlərindən danışıb:
"Qadın uzaqgörən, güclü olur. Evli olan kişilər qadın sözünə qulaq assa, xeyir tapar. Qadın ağıllı olur. Hər qadın üçün demirəm, amma güclüləri var. Kişi fəhlə olar, qadın bənna. Elə qadın var ki, kişi qazanır gətirir, o isə heç nədən yaradır. Qadın yıxan evin sorğu-sualı olmur. Həyat yoldaşı rəhmətə gedəndə, ya ayrılanda qadın evi tənzimləyir: uşağa baxır, paltar yuyur, ev işində, pul qazanmaqda hər şey edir. Kişinin qadını rəhmətə gedəndə o, aciz qalır. Mütləq bir adam lazımdır ki, ona kömək etsin. Qadına əl qaldırmazlar, başa salarlar".