Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2021 13:38
ANAMA və həlak olanların ailə üzvləri əhaliyə müraciət edib
Ötən ilin 28 noyabr tarixində, Azərbaycan Respublikasının vətəndaşları Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firudin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu və Adilzadə Zibeydə Şakir qızı Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndi ərazisində "Toyota" markalı avtomobillə hərəkətdə olarkən tank əleyhinə minaya düşmələri nəticəsində həlak oldular.
Sonxeber.net Real TV-yə istinadən xəbər verir ki, hadisədən 1 il ötür. Bu gün həlak olan vətəndaşlarımızın ailə üzvləri əhaliyə müraciət edir.
Məsələylə bağlı müxtəlif vaxtlarda müvafiq qurumlar öz növbəsində əhaliyə müraciətlər edir, maarifləndirici işlər aparır. Bu xəbərdarlıqların balıca səbəbi insan həyatının qorunmasıdır.
Qeyd edək ki, indiyədək 6 336 ha ərazi mina və phs-dan təmizlənib. Ümumilikdə 27 783 ədəd PHS və mina zərərsizləşdirilib.