Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Eyni yol nişanına prospektin bir tərəfi ilə digər hissəsinə niyə nəzarət fərqi var? - VİDEO

Eyni yol nişanına prospektin bir tərəfi ilə digər hissəsinə niyə nəzarət fərqi var? - VİDEO

Tarix: 1 Dekabr 2021 14:18

Bakıda hərəkətin intensiv olduğu əsas küçələrdən birində dayanma və durmanı qadağan edən nişan olsa da, sürücülər avtmobillərini park edirlər. 

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, gün ərzində çox az sayda insanın istifadə etdiyi başqa bir yolda isə həyata keçirilən nəzarət tədbirləri ilə parklanma qaydalarına hər kəs əməl edir.

Söhbət paytaxtın Bülbül prospektinindən gedir. Prospekt boyunca dayanma və durmanı qadağan edən nişanı olsa da, əsasən propektin sonunda buna tam əməl edildiyinin şahidi oluruq. 

Bəs prosepktin niyə məhz bir hissəsinə daha ciddi nəzarət olunur?

Qeyd edək ki, prospektin digər hissəsində isə qayda pozan sürücüləri demək olar ki, günün istənilən saatında görmək mümkündür.

Digər yaxın küçələrdə də müşahidə apardıq. Bəzi yerlərdə həqiqətən də nişanın tələbləri kobud şəkildə pozulur. Hətta elə küçələr var ki, hərəkət üçün cəmi iki zolaq ayrılsa belə, biri sürücülər tərəfindən zəbt edilib.

Bununla bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdraəsindən bildirdilər ki, paytaxt yollarında dayanma və durma qaydalarına nəzarət bərabər şəkildə həyata keçirilir. Sadəcə olaraq bəzi sürücülər yol patrul xidmətinin əməkdaşları ərazidən uzaqlaşdığı vaxt yenidən qaydaları pozur. Sözügedən ünvanda isə xidmət aparan yol polisi fəaliyyətini yalnız bir ərazidə deyil, bir neçə küçədə həyata keçirir. 

Ekspertlər isə deyir ki, şəhərin bütün küçə və prospektlərində müşahidə kameraları var. Dayanma və durmaya oradan nəzarət edilərək qayda pozan sürücülər cərimələnsə bununla da problemi xeyli həll etmək olar. 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Eyni nişanına prospektin tərəfi ilə digər hissəsinə niyə nəzarət fərqi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ