Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gələn il martın 1-dən Özbəkistan vətəndaşları sürücülük vəsiqəsi gəzdirməyə bilər

Gələn il martın 1-dən Özbəkistan vətəndaşları sürücülük vəsiqəsi gəzdirməyə bilər

Tarix: 1 Dekabr 2021 22:12

Özbəkistanında inzibati məcəllədə sürücülərin telefondan qulaqcıq vasitəsilə istifadə etməsinə, həmçinin sürücülük vəsiqəsini və avtomobilin texniki pasportunu özləri ilə gəzdirməməsinə icazə verən dəyişikliklər qəbul olunub.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, müvafiq dəyişikliklərin bir hissəsi dekabrın 1-dən, digər hissəsi isə gələn il martın 1-dən qüvvəyə minəcək.

Artıq avtomobil salonunun ön hissəsində monitor quraşdırmağa görə cərimə ləğv edilib. Lakin avtomobil sürərkən monitorda videoya baxmağa görə 25 dollarlıq cərimə qüvvədə qalıb. Həmçinin dekabrın 1-dən etibarən sürücülər telefondan qulaqcıq vasitəsilə istifadə edə biləcəklər.

2022-ci il martın 1-dən biometrik pasportu və ya ID vəsiqəsi olan sürücülərin özləri ilə sürücülük vəsiqəsini və avtomobilin texniki pasportunu gəzdirməsinə ehtiyac qalmayacaq. Burada Özbəkistanın Daxili İşlər Nazirliyi və ya konsulluq idarələri tərəfindən verilən sənədlərdən söhbət gedir.

Qəbul olunan dəyişikliklər xarici nömrə nişanlı avtomobillərə və Özbəkistandan kənarda sürücülük vəsiqəsi alan şəxslərə şamil edilmir. Onlardan avtomobil idarə edərkən sürücülük vəsiqəsi və texniki pasport təqdim etmələri tələb olunacaq.

Qeyd edək ki, Özbəkistan Parlamentinin aşağı palatasının oktyabrda, senatın isə noyabrda təsdiqlədiyi düzəlişlər Prezident Şavkat Mirziyoyev tərəfindən imzalanıb.


Etiketlər:  Gələn martın dən Özbəkistan vətəndaşları sürücülük vəsiqəsi gəzdirməyə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ