Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yüksək təzyiqi ən tez şəkildə necə aşağı salmaq olar?

Yüksək təzyiqi ən tez şəkildə necə aşağı salmaq olar?

Tarix: 2 Dekabr 2021 07:52

Təzyiqin yüksəlməsi zamanı onu aşağı salmağın məlum olan ənənəvi metodlarından başqa yollar da var.

Hər hansı kimyəvi tərkibli dərmanlara ehtiyac duymadan təzyiqinizi aşağı salmağı sınaqdan keçirə bilərsiniz.

1. Masaj

Boynun arxa hissəsinə daha çox üstünlük verərək yüngül asta dalğavari hərəkətlərlə boynu masaj edin.

2. Sirkə kompresi

İki ədəd bez götürün və onları alma sirkəsi və ya adi sirkədə isladın.  Dabanların üzərinə qoyun və 5-7 dəqiqə saxlayın. 20-30 dəqiqədən təzyiqi ölçün. Əgər yaxşılaşma yoxdursa, bu proseduru bir daha təkrarlayın.

3. Quşüzümü şirəsi

100 ml quşüzümü şirəsinə eyni miqdarda bal əlavə edib qarışdırın. Gün ərzində kiçik qaşıqla üç dəfə qəbul etmək lazımdır. Bu üsul xroniki hipertoniya xəstəliyi olan insanlar üçün münasibdir.

4. Akupunktur nöqtələri

Qulaq məməsinin altındakı batıq hissədən körpücük sümüyünə doğru gedən xəttə təzyiq edin. Şəhadət barmağınızı qulaq məməsinin altındakı batıq hissəyə qoyun, təzyiq edərək körpücük sümüyün ortasına qədər olan xətt boyuca sürüşdürün. Xəyali xətt  faktiki olaraq şaquli şəkildə olmalıdır.

Çox güclü təzyiq etməyə ehtiyac yoxdur, sadəcə olaraq dərini barmağınız vasitəsilə sığallamaq kifayət edər. 8-10 dəfə başın hər iki tərəfində bu hərəkəti edin. Təzyiqi masaja qədər və sonra ölçərək nəticəni qeyd edin.


Etiketlər:  Yüksək təzyiqi şəkildə necə aşağı salmaq olar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ