Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2021 13:36
Vətən müharibəsinin qazisi 20 yaşlı Tengiz İbrahimov boyun nahiyəsindən 4 güllə yarası alsa da, hərbi xidmətini şərəflə yerinə yetirib. Şuşaya qədər tam döyüş yolu keçib. Bu gün müddətdən əlavə xidmətdə olan qazinin ailəsi bələdiyyənin verdiyi evdə məskunlaşıb. Maddi vəziyyətini yaxşılaşdırmaq üçün ailə başçısı Teymur İbrahimov heyvandarlıqla məşğul olub, ev tikmək, qazi oğlunu müalicə etdirmək istəsə də aylardı heyvanlar üçün örüş sahəsi ala bilmir Qazinin vallideyinləri dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, problem aylardır həllini tapmır. Örüş sahəsi olmadığı üçün çətinliklə əldə etdiyi heyvanlar indi ac qalır və tələf olmaq qorxusu yaranır. Qazinin ailə üzvləri bildirir ki, ətraf ərazilərdə əkin sahələri olduğu üçün heyvanları oralara buraxmaq olmur. Məhz bu səbəbdən İbrahimovlar ailəsi üzləşdikləri problemin verilişimizdə işıqlandırılmasını istəyib. Teymur İbrahimov deyir ki, daş və palçıqdan tikilən bu evdə qaz yoxdur, evin dam örtüyü da çox pis vəziyyətdədir. Hələ sovetlər dövründə çəkilən nasaz xətlər isə işıqların tez tez sönməsinə səbəb olur.
Məsələ ilə bağlı Zaqatala rayon icra hakimiyyətinə üz tutduq. Məlum olub ki, qazinin ansının örüş sahəsi ayrılması ilə əlaqədar müraciəti ,aidyyatı üzrə araşdırılıb köməklik edilməsi üçün Aşağıçardaqlar bələdiyyəsinə göndərilib. Aşağıçardaqlar bələdiyyəsinin Uzunqazmalar üzrə müavini Şahin Əbilov bildirdi ki, hazırda İbrahimovlar ailəsi kənddə 0.4 ha bələdiyyəyə məxsus ərazidəki evdə məskunlaşıblar. Ailədən hazırda heç bir rüsum tələb edilmir və daima diqqətdə saxlanılaraq bələdiyyənin imkanı müqabilndə maddi vəsaitlə də təmin edilir. Kənddə cəmisi 50 ha örüş sahəsi var ki bu da bütün sakinlər tərəfindən istifadə edilir. Kənddə 125 təsərrüfatda 200 ə qədər heyvan var. Bütün kənd sakinləri o cümlədən sösügedən qazinin ailəsi də bu örüş sahəsindən istifadə edə bilər. Onların yaşadığı ərazidə olan torpaqlar pay torpaqlarıdır.
Şahin Əbilov onu da bildirdi ki, bələdyyələrin torpağın təyinatını dəyişməyə ixtiyarı yoxdur və ailələrə fərdi örüş sahələrinin ayrılması üçün də bələdiyyənin torpağı yoxdur.
Sonxeber.net Real Tv-nin hazırladığı sujeti təqdim edir: