Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2021 17:38
"ABŞ-ın təşkil etdiyi "Demokratiya Sammiti" dünyada parçalanma və qarşıdurma yaradır, ölkələr arasında birliyə və əməkdaşlığa ciddi zərbə vurur".
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Benbin deyib.
O, məhz bu məqamlara görə, bir çox ölkələrin sammitə qarşı çıxdığını bildirib.
Onun sözlərinə görə, ABŞ öz standartlarına uyğun siyasət həyata keçirir, ölkə və regionların bir qismini ABŞ demokratiyası düşərgəsinə qoşmaq istəyir, bu zaman digər qisim ölkələr qeyri-demokratik adlandırılır.
"Bu cür davranış beynəlxalq sülh və sabitliyi təhlükə altında qoyur. Təbii olaraq, beynəlxalq ictimaiyyət buna qətiyyətlə qarşı çıxır", - deyə Çin XİN rəsmisi bildirib.