Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2021 18:57
Rusiya xarici işlər naziri Sergey Lavrov və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu görüşüb.
Bu barədə Rusiya XİN-in "Twitter" hesabında məlumat verilib.
Bildirilib ki, ATƏT XİN Şurasının iclası çərçivəsində Sergey Lavrov və Mövlud Çavuşoğlu Stokholmda görüşərək danışıqlar aparıb.
Görüşdə xarici işlər nazirləri Rusiya-Türkiyə arasında əlaqələrlə yanaşı, Suriya, Liviya, Ukrayna və Qafqazdakı vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.