Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Dekabr 2021 06:40
Mərhum Xalq artisti Eldəniz Zeynalovun oğlu Məmmədin ayaqları tutulub.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, "Elgizlə izlə" proqramına qatılan Məmməd studiyaya əlil arabasında gətirilib. Onkoloji xəstəlikdən əziyyət çəkən Məmmədin eyni zamanda böyrəyində problem var.
"Vəziyyətim çox pisdir. Durub gəzə bilmirəm, əlim və ayağım tutulub. Bilmirəm səbəbi nədir. Deyirlər insult keçirmisən" deyə, Məmməd söyləyib.
Qeyd edək ki, M.Zeynalov ağ ciyər xərçəngindən əziyyət çəkir. O, eyni zamanda 6 ildir dializə gedir.