Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2019 01:20
Çempionlar Liqasında pley-off mərhələsinin cavab görüşlərinə yekun vurulub.
Qol.az-ın məlumatına görə, son oyun günündə daha 3 matç keçirilib. "Qarabağ"ı Çempionlar Liqasından kənarlaşdıran APOEL səfərdə "Ayaks"la qarşılaşıb. Kiprdə qolsuz heç-heçə edən komandaların cavab matçında "Ayaks" 2:0 hesablı qələbə qazanaraq qrup mərhələsinə vəsiqə qazanıb.
Digər görüşlərdə "Brügge" LASK-ı, "Slaviya" ÇFR-i qəbul edib. Hər iki görüşdə meydan sahibləri qələbə qazanaraq qrup mərhələsinə yüksəlib.
28 avqust
23:00. “Brügge” (Belçika) - LASK (Avstriya) - 2:1
Qol: Vanaken, 70. Dennis, 89 – Klauss, 74-pen.
İlk oyun - 1:0
23:00. “Ayaks” (Hollandiya) - APOEL (Kipr) - 2:0
Qollar: Alvares, 43. Tadiç, 80
İlk oyun - 0:0
23:00. “Slaviya” (Çexiya) - ÇFR (Rumıniya) - 1:0
Qol: Boril, 66
İlk oyun - 1:0
27 avqust
“Krasnodar” (Rusiya) – “Olimpiakos” (Yunanıstan) - 1:2 (İlk oyun – 0:4)
“Srvena Zvezda” (Serbiya) – “Yanq Boyz” (İsveçrə) - 1:1 (İlk oyun – 2:2)
“Rusenborq” (Norveç) – “Dinamo” (Zaqreb, Xorvatiya) - 1:1 (İlk oyun – 0:2)