Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2021 08:26
Türk Dermatologiya Dərnəyinin İdarə Heyətinin üzvü, prof. dr. Sedef Şahin göbələk xəstəliyi ilə bağlı bəzi məqamlar barədə xəbərdar edib.
Onun fikrincə, müalicəsi çox uzun çəkən və asan yoluxan dırnaq göbələyi əsasən hovuz, dəniz, hamam kimi yerlərdən keçsə də, məlum olmayan digər bir səbəbi də dırnaqların zədə alması və çox dibdən kəsilməsidir. Ayaq dırnağını stola vuranlar, sərt zərbə alanlar dırnaqların rəngində dəyişiklik gördükdə dərhal həkimə müraciət etməlidir.
Dırnaq göbələyinə qadınlardan daha çox kişilərdə rast gəlinir. Ayaq barmaqları aralarındakı və ya dabandakı göbələk infeksiyası müalicə edilmədiyi təqdirdə, həmçinin infeksiya keçmiş ayaqların qaşınması ilə ayaq dırnaqlarına keçir.
Ən çox 1 və 5-ci dırnaqlarda müşahidə olunur
İnsanın yaşam keyfiyyətini pozan dırnaq göbələyinin həddindən artıq əl yuyan, dar ayaqqabı geyinən, siqaret çəkən, şəkər xəstələri, qan dövranı pozğunluğu problemi olan insanlar, kemoterapiyaya məruz qalanlar və ya QİÇS xəstələrində yaranması riski yüksəkdir.
Ən çox 1 və 5-ci dırnaqlarda müşahidə olunur. Başlanğıc mərhələdə infeksiya adətən ağrısız olur, dırnaq qalınlaşmış və ya yaşılı-sarı rəng alır. İnfeksiyanın ağırlaşdığı hallarda isə dırnaq yumşalıb ovulur və ətrafındakı dəri qızarır. Müalicə edilmədiyi təqdirdə dırnaq yatağını zədələyərək yeriməyi çətinləşdirəcək qədər ağrılı olur.
Siqaret çəkmək xüsusilə ayaq dırnaqlarında göbələk riskini artırır
Əl dırnaqlarındakı göbələk infeksiyasına su ilə çox təmasda olanlarda daha çox rast gəlinir. Xəstəlik balıqçı, aşpaz, təmizlik işçisi kimi insanlarda daha çox müşahidə olunur. Həddindən artıq əl yuma dırnaq dibinin zədələnməsinə yol açır və beləliklə də göbələk üçün "giriş qapısı" olur. Dar ayaqqabı və ya zərbə nəticəsində dırnaqlar zədələnir və daha asan infeksiyaya yoluxa bilir. Digər tərəfdən şəkər xəstəsi olanlar və ya dırnağında sədəf xəstəliyi olanlar, qan dövranı ilə bağlı problemi olanlar, kemoterapiya və QİÇS kimi səbəblərlə immunitet sistemi təzyiqə məruz qalan xəstələrdə dırnaq göbələyinin yaranması asanlaşır. Siqaret çəkmək də xüsusilə ayaq dırnaqlarında göbələk infeksiyası riskini artırır.
Dırnağa sərt zərbə dırnaq göbələyinə səbəb olur
Görüləcək sadə tədbirlərlə bu xəstəlikdən qorunmaq mümkündür. Bunun üçün dırnaqların zərbədən qorunması, ayaq quruluşuna uyğun gəlməyən ayaqqabılardan uzaq durulması, ayaq dəsmalı və dırnaq qayçılarının şəxsi olması, duş, hovuz, hamam kimi yerlərdə qəti şəkildə ortaq başmaqdan istifadə edilməməsi və önü açıq başmaqlar geyilməməsi məsləhət görülür.
Müalicə prosesində lazer texnologiyası
Sedef Şahinin fikrincə, dırnaq göbələyinin əsil müalicə metodu göbələyi yox edən və göbələk əleyhinə təsirli olan dərmanların çəkilərək və ya ağızdan qəbul edilərək istifadəsidir. Bu yolla dırnaq göbələyi xəstəliyində 80% nisbətində sağalma əldə edildiyini qeyd edən S.Şahin müalicə prosedurlarının əl dırnaqlarında 3-4 ay, ayaq dırnaqlarında isə 4-8 ay davam etdiyini vurğulayıb. Dırnaqlar üçün dırnaq boyası şəklində dərmanlardan da istifadə edilir. Bəzi hallarda isə lazer texnologiyası tətbiq edilir.