Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2021 11:00
2 həftə öncə ailə həyatı qurmuş aktyorlar Əmrah Dadaşov və Asya Atakişiyeva (Dadaşova) cütlüyü dünənki yanğın təhlükəsinin ardından efirə çıxıblar.
Sonxeber.net xəbər verir ki, yaşadıqları binada baş verən yanğın zamanı zəhərlənən cütlük bu gün "Zaurla Günaydın" verilişində qonaq olublar.
Əmrah ölümdən döndüyünü bildirərək başlarına gələn xoşagəlməz hadisə barədə bunları deyib:
"Mən heç vaxt göz-nəzərə inanmırdım, amma indi deyirəm ki, var imiş".
Emrahın onu yanğın baş verən binadan çıxardan zaman tüstüdən qarşısını görmədiyindən divara çırpıldığını deyən Asya, nəticədə burnunun əzildiyini bildirib.
Məhəmməd Vaqif