Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu ölkədə hərbçilər səhvən kəndlilərə atəş açdı, azı 14 nəfər həlak oldu

Bu ölkədə hərbçilər səhvən kəndlilərə atəş açdı, azı 14 nəfər həlak oldu

Tarix: 5 Dekabr 2021 11:36

Hindistanın təhlükəsizlik qüvvələrinin ölkənin şimal-şərqindəki Naqaland əyalətində keçirilən hərbi əməliyyat zamanı kəndliləri üsyançılarla səhv salması nəticəsində azı 13 mülki şəxs və güc strukturlarının bir əməkdaşı həlak olub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə NDTV telekanalı polisdəki mənbələrə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, təhlükəsizlik qüvvələri üsyançılarla mübarizə üçün əməliyyat planlaşdırıb. Lakin yaxınlıqdakı kəndin sakinlərini üsyançılarla səhv salıblar. Nəticədə hərbçilər bir neçə mülki şəxsi güllələyiblər.

Bunu görən digər kənd sakinləri də hərbçilərə hücum edib, mənbənin sözlərinə görə, hərbçilər özünümüdafiə məqsədilə atəş açıb, nəticədə daha bir neçə dinc sakin və bir əsgər həlak olub.

Hindistanın daxili işlər naziri Amit Şah özünün tviterdəki səhifəsində həlak olanların ailələrinə başsağlığı verib. Onun sözlərinə görə, dövlət komissiyası hadisə ilə bağlı hərtərəfli araşdırma aparacaq.

Milli.Az


Etiketlər:  Bu ölkədə hərbçilər səhvən kəndlilərə atəş açdı azı 14 nəfər həlak oldu


RƏYLƏR