Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Danimarkanın baş naziri maskasız mağazaya daxil olduğu üçün üzr istədi

Danimarkanın baş naziri maskasız mağazaya daxil olduğu üçün üzr istədi

Tarix: 5 Dekabr 2021 12:16

Danimarkanın Baş naziri Mette Frederiksen paytaxtda yerləşən mağazalardan birinə maskasız daxil olduğu üçün üzr istəyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə siyasətçi "Facebook" hesabında yazıb.

"Dünən Kopenhagenin mərkəzində mağazada olarkən maska taxmağı unutmuşam. Buna görə təbii ki, məyusam və bir daha virusun yayılmasının qarşısını almaq üçün etdiklərinizə görə hər birinizə təşəkkür edirəm", - deyə o bildirib.

Qeyd edək ki, baş nazirin mağazalardan birində maskasız dolaşması vətəndaşlar tərəfindən görüntülənmişdi. Bundan sonra baş nazir ölkəsində tənqidlərə tuş gəlmişdi.

Milli.Az


Etiketlər:  Danimarkanın baş naziri maskasız mağazaya daxil olduğu üçün üzr istədi


RƏYLƏR