Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2021 15:04
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Entoni Blinken arasında Ukraynadakı vəziyyətlə bağlı qızğın mübahisə olub.
Sonxeber.net publika.az-a istinadla xəbər verir ki, bu barədə şənbə günü "Bloomberg" məlumat yayıb.
Bildirilib ki, dekabrın 1-də Stokholmda ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasından əvvəl keçirilən qala-ziyafətdə şifahi mübahisə baş verib.
Tədbir zamanı Lavrov söz alaraq 2014-cü ildə Ukraynada baş vermiş hadisələrin dövlət çevrilişi olduğunu bildirib. Bundan əlavə, o deyib ki, NATO və Avropa İttifaqı qəsdən fərqli fikirləri boğur və Rusiyanı qorxutmağa çalışır.
Amerika Xarici İşlər Nazirliyinin rəhbəri cavabında bildirib ki, 2014-cü ildə Kiyevdə dinc nümayişçilərin atəşə tutulmasında Viktor Yanukoviçə sadiq olduğu iddia edilən qüvvələrin əli olub. O, bir daha NATO-nun müdafiə ittifaqı olduğunu vurğulayıb.