Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Dekabr 2021 18:32
ABŞ-ın keçmiş prezidenti Donald Tramp ölkənin Silahlı Qüvvələrinin Birləşmiş Baş Qərargahı rəisi Mark Millini "lənətə gəlmiş axmaq" adlandırıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, o, generalı qoşunların Əfqanıstandan çıxarılmasına görə kobud şəkildə qınayıb.
"50 milyon dollarlıq bir təyyarəniz var idi. 29 milyon dollarlıq möhtəşəm helikopteriniz. Hər növ helikopterləriniz var idi. Onların bir çoxu yeni idi. Sözün əsl mənasında, qutudan indi çıxmışdı. Sizcə, onu orada qoymaq daha sərfəlidir, yoxsa yarım çən benzinlə doldurub Pakistana aparmaq və ya ölkəmizə uçmaq?", - deyə Tramp bildirib.
Eks-prezident bəyan edib ki, indi Rusiya və Çin ABŞ-ın Əfqanıstanda tərk etdiyi helikopterləri söküb onları öyrənir.