Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ üçün fəlakətə çevriləcək üç zona...

ABŞ üçün fəlakətə çevriləcək üç zona...

Tarix: 8 Dekabr 2021 10:56

"Vol Strit Jurnal"ın siyasi şərhçisi Cerald Seid planetdə aktivləşməkdə olan üç müharibə zonasının adını sadalayıb və bildirib ki, bütün bu ssenarilər ABŞ üçün fəlakətə çevrilə bilər.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, Seid ABŞ və müttəfiqlərinin olduqca təhlükəli dövrdən keçdiyini bildirir.

Məqalə müəllifi ilk konflikt zonası kimi Ukrayna-Rusiya sərhədini göstərib.

İkinci qaynar nöqtə isə Çinin Tayvanda əməliyyat aparması ilə bağlı ola bilər:

"Çin rəhbəri Si Szinpin Pekinin Tayvanı nəzarəti almaq niyyətində olduğunu açıq şəkildə bildirib.

Üçüncü təhlükə isə İranın nüvə proqramı ilə bağlı danışıqların pozulmasından qaynaqlanır. İranın danışıqlardakı aqressiv mövqeyindən və uranın zənginləşdirilməsini gücləndirməsindən belə nəticə çıxır ki, Tehran ən azı nüvə həddinə çatmaqda qərarlıdır".


Etiketlər:  ABŞ üçün fəlakətə çevriləcək üç zona


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ