Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropada COVID-19 səbəbindən ölüm halları pandemiyanın ötən dalğaları ilə müqayisədə azalıb

Avropada COVID-19 səbəbindən ölüm halları pandemiyanın ötən dalğaları ilə müqayisədə azalıb

Tarix: 8 Dekabr 2021 22:32

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dünyanın 53 ölkəsinin daxil olduğu Avropa regionunda COVID-19 virusundan ölüm halları gündə təqribən 4100 nəfər təşkil edir. Bu göstərici sentyabrın sonunda qeydə alınan rəqəmlərlə müqayisədə iki dəfə çoxdur. Bununla belə, yoluxmalar bütün yaş qruplarında artmaqdadır, lakin ən yüksək artım sürəti 5-14 yaş arası uşaqlarda müşahidə olunur.

Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ÜST-nin Avropa bürosunun rəhbəri Hans Klyuge bildirib. Bununla yanaşı, onun sözlərinə görə, Avropa və Mərkəzi Asiyada pandemiyanın indiki dalğası zamanı ölüm hallarının sayı bundan əvvəlki dalğaların pik göstəricilərindən əhəmiyyətli dərəcədə aşağıdır. Klyugenin fikrincə, bu, sürətlə artan peyvəndlənmənin effektivliliyini sübut edir: indiyədək region sakinlərinin artıq 55 faizi tam vaksinləmə kursunu keçib, regionun 43 ölkəsində əhalinin xəstəlik qarşısında həssas qruplarına vaksinin əlavə - buster dozaları təklif olunur.

Bu günədək Azərbaycanda koronavirus əleyhinə 10 milyon 739 min 68 vaksin tətbiq edilib. Peyvəndlənmənin birinci mərhələsindən 5 milyon 103 min 256 nəfər, ikinci mərhələsindən 4 milyon 597 min 903 nəfər keçib. Buster doza alanların sayı isə 1 milyon 37 min 909 nəfər təşkil edir.


Etiketlər:  Avropada COVID səbəbindən ölüm halları pandemiyanın ötən dalğaları ilə müqayisədə azalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ