Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çempionlar Liqası: ''Zenit'' - ''Çelsi'' oyununda 6 qol vuruldu

Çempionlar Liqası: ''Zenit'' - ''Çelsi'' oyununda 6 qol vuruldu

Tarix: 8 Dekabr 2021 23:50

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulacaq.

Sonxeber.net matc.az-a istinadən bildirir ki, sonuncu oyun günündə E, F, G və H qrupları üzrə daha 8 qarşılaşma baş tutacaq.

Bununla da həm 1/8 final mərhələsinə, həm də Avropa Liqasının pley-offuna vəsiqə qazanan bütün komandalar müəyyənləşəcək.
 
Gecənin ən maraqlı və prinsipial matçlarından biri E qrupunda olacaq. Növbəti mərhələyə vəsiqəni təmin etmiş "Bayern" ikinci yer uğrunda mübarizə aparan "Barselona"nı qəbul edəcək. Qrupun digər oyununda "Benfika" Portuqaliyada heç bir iddiası qalmayan Kiyev "Dinamo"sunu sınağa çəkəcək. Lissabon təmsilçisi bu görüşdə xal itirərsə, kataloniyalılar öz oyununun nəticəsindən asılı olmayaraq mərhələ adlayacaqlar. Xallar bərabər olacağı halda isə "Benfika" 1/8 finala, "Barselona" isə Avropa Liqasına yollanacaq.
 
F qrupunda 1/8 finala çıxması dəqiqləşən "Mançester Yunayted" "Yanq Boyz"la qarşılaşacaq. "Vilyarreal"ı isə İtaliyada "Atalanta" ilə münasibətlərinə aydınlıq gətirəcək. Qonaqlar uduzmayacağı təqdirdə növbəti mərhələyə vəsiqə qazanacaq.
 
G qrupunda "Sevilya" Avstriyada "Zalsburq"la, "Lill" isə Almaniyada "Volfsburq"la üz-üzə gələcək. 4 komandanın hər birinin növbəti mərhələ şansları qaldığından bütün suallara bu turda aydınlıq gələcək. Almaniya və İspaniya təmsilçiləri yalnız qələbə sayəsində 1/8 finala yüksələ bilərlər. Avstriya və Fransa klublarını isə heç-heçə də qane edəcək.
 
H qrupunda "Yuventus" "Malmö"nü, "Çelsi" isə "Zenit"i sınağa çəkdi. Burada həm 1/8 finalın, həm də Avropa Liqasının pley-off mərhələsinin iştirakçıları bəlli olduğundan əsas mübarizə qrup liderliyi uğrunda gedirdi.
 
Daha öncə Fransanın PSJ, İngiltərənin "Mançester Siti", "Liverpul", "Mançester Yunayted" və "Çelsi", Niderlandın "Ayaks", Portuqaliyanın "Sportinq", İspaniyanın "Real" və "Atletiko" (Madrid), Almaniyanın "Bayern", İtaliyanın "İnter" və "Yuventus" klubları 1/8 vəsiqəni təmin edib.
 
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 6-cı tur
8 dekabr
 
E qrupu
 
00:00. "Benfika" (Portuqaliya) - "Dinamo" (Kiyev, Ukrayna)
00:00. "Bayern" (Almaniya) - "Barselona" (İspaniya)
 
Xal durumu: Bayern - 15, Barselona - 7, Benfika - 5, Dinamo - 1.
 
F qrupu
 
00:00. "Mançester Yunayted" (İngiltərə) - "Yanq Boyz" (İsveçrə)
00:00. "Atalanta" (İtaliya) - "Vilyarreal" (İspaniya)
 
Xal durumu: Mançester Yunayted - 10, Vilyarreal - 7, Atalanta - 6, Yanq Boyz - 4.
 
G qrupu
 
00:00. "Zalsburq" (Avstriya) - "Sevilya" (İspaniya)
00:00. "Volfsburq" (Almaniya) - "Lill" (Fransa)
 
Xal durumu: Lill - 8, Zalsburq - 7, Sevilya - 6, Volfsburq - 5.
 
H qrupu
 
"Yuventus" (İtaliya) - "Malmö" (İsveç) 1:0
Qol: M.Kin, 18.

"Zenit" (Rusiya) - "Çelsi" (İngiltərə) 3:3
Qol: Klaudinyo, 38. Azmun, 41. Yeroxin, 90+4 - Verner, 2; 85. Lukaku, 62.
 
Xal durumu: Yuventus - 15, Çelsi - 13, Zenit - 4, Malmö - 1.


Etiketlər:  Çempionlar Liqası Zenit Çelsi oyununda vuruldu


RƏYLƏR