Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2021 10:56
Rusiyada yaşayan 23 yaşlı xanım müəllim Viktoriya Kaşirinanın sosial media hesabında soyunma videosunu paylaşması valideynlər tərəfindən ciddi reaksiya doğurub. Valideynlərin reaksiyasından sonra məktəb rəhbərliyi gənc müəllimə qarşı istintaqa başlayıb. Viktoriya Kaşirinanın məktəbdən qovulacağı gözlənilir.
Sonxeber.net rus mediasına istinadən xəbər verir ki, erotik rəqs etməsini əks etdirən kadrlara reaksiya ilə qarşılaşan müəllim videonu tələbələrin görməsi üçün paylaşmadığını deyərək özünü müdafiə edib.
Rus dili və ədəbiyyatı müəlliminin valideynlər qız tələbələrə pis nümunə olduğunu deyiblər. "İllərdir pole rəqsləri ilə məşğulam. Rəqs anlarımı videoya çəkib sosial şəbəkədə paylaşmaq xəyalım var idi. Bu arzumu reallaşdırdım. Mənə reaksiya verən şagirdləri və onların valideynlərini blokladım. Məktəb rəhbərliyi valideynlərin reaksiyasından sonra videonu silməyimi tələb etdi", - deyə müəllim bildirib.
Anar Əli