Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Cinsini dəyişən insan hamilə qala bilib” - Ləman Əliyeva

“Cinsini dəyişən insan hamilə qala bilib” - Ləman Əliyeva

Tarix: 9 Dekabr 2021 15:55

"Ləman Əliyevanı tanıyanlar bilir ki, pul həvəskarı deyiləm. Bu sənətin qadına daha gözəl yaraşdığını düşünərək ginekoloq oldum. İlk girdiyim doğuşu dəqiqliklə xatırlayıram. Ad günüm idi - yanvarın 7-də. Bir həkim olaraq biz iki insanın həyatına cavabdehik: ana və dünyaya gətirdiyi körpəsi... Bir ananın 9 ay boyunca hamiləliyini salamat başa vurması və sağlam uşaq dünyaya gətirməsi bizim cavabdehliyimizdədir. Ona görə də ginekoloqlar digər həkimlərdən daha çox məsuliyyət daşıyır".

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri tanınmış həkim-ginekoloq Ləman Əliyeva rejissor Nail Naiboğlunun "Youtube"da yayımlanan "Qırmızı" layihəsində deyib. Həkim-ginekoloq pasientlərindən, peşəsinə olan sevgisindən danışaraq bəzi maraqlı məqamlara toxunub.

"Sizcə, hansı daha etibarlıdır, kişi, yoxsa qadın ginekoloqlar" sualına cavabında Ləman Əliyeva bildirib ki, kişi adından da göründüyü kimi kişidir, daha güclüdür:

"Hər bir qadın ginekoloqun belə hansısa halda kişi ginekoloqun köməyinə ehtyacı olur". 

Ləman Əliyeva hamiləlik zamanı cinsi əlaqənin mümkünlüyü haqda öz məsləhətlərini açıqlayıb:

"Əgər qadın fizioloji hamiləlik keçirirsə, düşük təhlükəsi və hansısa bir xəstəlik yoxdursa, cinsi əlaqəyə icazə verilir. Bu qadınlar normal həyatlarına davam edə bilər. İlk həftədən 12 həftəyə qədər düşük təhlükəsi olanlarda və son 3 ayda erkən doğuş ehtimalı olanlara isə cinsi əlaqə icazəsi verilmir".

Həkim-ginekoloq özəl klinikada çalışdığını deyib və doğuş prosesi üçün müəyyənləşən qiymətləri açıqlayıb:

"Özəl xəstəxananın qiymətləri var. Normal doğuş 1000, keysəriyyə əməliyyatı isə 1200 manatdır. Elə xəstəm olub ki, xərcləri tamamilə öz üzərimə götürmüşəm. Bilmişəm ki, kimsəsi yoxdur, buna ehtiyacı var. Həqiqətən ehtiyacı olanlara icazə verirəm ki, yalnız xəstəxananın xərcini ödəsinlər. Bəzi hallarda övladını evdə dünyaya gətirənlər var. Bu, çox risklidir. Hətta ölüm hallarına belə gətirib çıxara bilər".

Ləman Əliyeva cərrahi yolla cinsiyyətini dəyişərək qadın olan şəxslərin hamilə qalıb-qala bilməməsi haqda məlumat verib: 

"Tibbdə belə bir hal var. Cərrahi əməliyyatla cinsini dəyişir. Uşağın qarında yetişməsi üçün uşaqlıq deyilən orqan olmalıdır. Uşaq qarın boşluğunda yetişmir. Bu da kişilərdə yoxdur. Uşaqlığın transplantasiyası ilk dəfə 1931-ci ildə Almaniyada həyata keçirilib. Orqan köçürməklə mümkündür. Uşaqlıq köçürülən, cinsiyyətini dəyişmiş insan süni mayalanma yolu ilə hamilə qalıb. Bu, ilk dəfə Türkiyədə baş verib".

Dörd övladı olduğunu deyən həkim-ginekoloq şəxsi həyatından da söz açıb:  

"Bəzən aralarında fərq qoymaq istəyirəm, amma alınmır. Böyük övladıma rəhmətlik atamın adını qoymuşam. 16 yaşı olacaq. Mübariz mənim üçün həm ata, həm qardaş, həm də oğuldur. Qızlarım Nigar, Nərgiz sanki rəfiqələrimdir. Balaca Emildir. 9 ay boyunca öz hamiləliyimi özüm aparmışam. Uşaqlara maksimum diqqət göstərməyə çalışıram. Həyat yoldaşımdan ayrılmışam. Qismət... Bunun efirdə açıqlana bilməyəcək səbəbləri var. Günahkar mən idim... Açıqsözlü, güclü qadınam. Sözümü deməyi bacarıram. Amma onun da günahları var idi, heç nə səbəbsiz baş vermir".

Yenidən ailə qurmaqla bağlı suala isə ginekoloq "Yox, övladlarım var. Heç vaxt ailə qurmayacam, həyatım yalnız övladlarımdan ibarətdir" cavabını verib.

Milli.Az


Etiketlər:  Cinsini dəyişən insan hamilə qala bilib Ləman Əliyeva


RƏYLƏR