Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əlillərin metrodan istifadə problemi - VİDEO

Əlillərin metrodan istifadə problemi - VİDEO

Tarix: 9 Dekabr 2021 18:08

"Qardaş, zəhmət olmasa, kömək elə də", "Əziyyət deyilsə, arabamı qaldıra bilərsiz" - süjetimizin qəhrəmanı olan Aqil Məmmədov bu sözləri az qala gün ərzində bir neçə dəfə işlətməyə məcbur olur.

O artıq bu cür xahişlər etməyə öyrəşmiş əlillərdəndir. Amma dediyinə görə, xahiş edə bilmədiyi, utandığı üçün evdən çıxmamağa üstünlük verən əlillərin sayı daha çoxdur.

Milli.Az Real TV-yə istinadən xəbər verir ki, səbəb isə paytaxtın ictimai nəqliyyatının, daha doğrusu metropolitenin onların tələblərinə uyğun şəkildə olmamasıdır. Nə girişində, nə də çıxışında panduslar olmayan metropoliten pilləkənləri onların sərbəst fəaliyyətinə imkan vermir.

Aqil Məmmədov ictiami fəallığı ilə seçilən əlillərdəndir. Ona görə də əlillərin dərdini səsləndirməyi özünə borc bilir, bu istiqamətdə müsbət işlərin görüləcəyinə ümid edir.

Aqil Məmmədov bu problemin yeni inşa edilən metrostansiyalarda olmadığını qeyd edərək, eyni texnologiyanın digər stansiyalara tətbiqini istəyir.

Şikayətçinin metroda qarşılaşdığı tək problem bu deyil. O, sərnişinlərin yaratdığı süni manelərin də hərəkətlərinə mane olduğunu dilə gətirdi.

Biz də Aqil Məmmədovun timsalında əlillərin bu problemi əsas tutaraq Bakı Metropoliteninə üz tutduq. Mətbuat xidmətindən bu problemin mövcudluğunu danmadılar.

İctimai nəqliyyat hər kəs üçün əlçatan olmalıdır. Xüsusilə də sosial mühitə adaptasiya olmağa çalışan əlillər üçün bu vacibdir. Sadalanan probleminlərin tezliklə geridə qalması ümidilə...

Milli.Az


Etiketlər:  Əlillərin metrodan istifadə problemi VİDEO


RƏYLƏR