Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2021 11:48
ABŞ-ın Kaliforniya ştatında usta 7 il əvvəl törədilmiş soyğun hadisənin təsadüfən üstünü açıb.
Sonxeber.net Metbuat.az-a istinadən xəbər verir ki, usta kilsənin tualetində təmir işləri apararkən, divardakı daşı çıxarıb. Divarın arxasındakı boşluğa baxan usta gördüklərinə inanmayıb. O, boşluqda külli miqdarda dolların olduğunu müşahidə edib. Məsələ barədə polisə məlumat verilib. Araşdırma nəticəsində məlum olub ki, 2014-cü ildə kilsənin nəzir qutusundan 600 min dollar oğurlanıb. Araşdırmalara baxmayaraq hadisənin üstü açılmayıb.
Bu pulların həmin əskinazlar olduğu bildirilir. Lakin soyğunçunun kim olduğu və pulları gizlətdiyi yerdən niyə götürmədiyi məlum deyil. Usta isə pulları mənimsəməyərək, məlumat verdiyi üçün təqdir edilib.