Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2021 18:05
"İnsan cənnət, yoxsa cəhənnəmə gedəcəyini bilmir. Əgər dünyada yaxşı yaşayıb, gözəl getmək istəyirsənsə, özünə diri olarkən rəhmət qazan. Bacarırsansa, əl tut, acı söz demə".
Sonxeber.net sherq.az-a istinadən xəbər verir ki, bunu "Xəbər - Ətər" verilişində qonaq olan müğənni Roza Zərgərli deyib. Müğənni kliniki ölüm keçirdiyini söyləyib:
"Qanımda zəhərlənmə olmuşdu. 4-5 saatlıq həyatım beynimdən silinib. Oyananda dedim nə yaxşı ki, həyatımı normal yaşamışam. Maşının içərisində küçədə qalmışdım. Yol polisi və tibb işçilərinə təşəkkür edirəm. Onlar məni tanıdı. Təbii, hamıya yardım göstərə bilərlər. Lakin bu mənim üçün xoş bir hal idi".