Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2021 09:38
ABŞ-ın Kaloforniya ştatında 87 yaşlı sürücünün törətdiyi qəzada 9 yaşlı qız ölüb, daha 3 uşaq isə yaralanıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, hadisə Desert-Hot-Sprinqs şəhərində baş verib.
"Cadillac" markalı avtomobili idarə edən 87 yaşlı kişinin idarə etdiyi maşın əvvəlcə arxadan məktəbliləri daşıyan avtobusa çırpılıb. Sonra avtomobil dörd məktəblinin getdiyi səkiyə çıxaraq onları vurub.
Hadisə nəticəsində 9 yaşlı qız aldığı xəsarətlərdən yerindəcə keçinib, 8 yaşlı oğlan və 11-12 yaşlarında iki qız xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Sürücü "qəsdən adam öldürmək" maddəsi ilə şübhəli bilinərək həbs edilib.
Faciənin başvermə səbəbləri araşdırılır.