Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhid Emin Rüstəmzadə döyüşlərdəki şücaətinə görə 3 medalla təltif edilib - VİDEO

Şəhid Emin Rüstəmzadə döyüşlərdəki şücaətinə görə 3 medalla təltif edilib - VİDEO

Tarix: 11 Dekabr 2021 11:18

Vətən müharibəsinin qalibləri sırasında Emin Rüstəmzadənin də adı var.

1991-ci il 23 fevralda Mingəçevirdə doğulan Emin, kiçik yaşlarından Vətən torpaqlarının azadlığı uğrunda döyüşəcəyinə söz vermişdi.

Doğmalarına Şuşada, Kəlbəcərdə olmaq arzusunu bildirmişdi. Vətən müharibəsi başlayanda isə könüllü olaraq döyüşlərə yollanır. 15 oktyabra qədər Füzuli, Ağdam, Suqovuşan istiqamətlərində ağır döyüşlərdə iştirak edir. Sonuncu dəfə ölümündən bir neçə saat öncə doğmaları ilə danışır. Onlara tezliklə qələbə ilə geri qaydacağını deyir.

5 yaşlı Nuray atasının yoxluğunu anlasa da, yaşyarımlıq İnci atasının nəfəsini cəmi 3 ay duya bilib. Qızcığazlar bu gün atalarını onun əşyalarında, şəkillərində axtarırlar.

Mingəçevir sakini Emin Rüstəmzadə ölümündən sonra  "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad edilməsinə görə" medalları ilə təltif edilib.

Sonxeber.net xezerxeber.az-a istinadla videomaterialı təqdim edir:


Etiketlər:  Şəhid Emin Rüstəmzadə döyüşlərdəki şücaətinə görə medalla təltif edilib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ