Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Erməni uşaqlardan gələcək terrorçu Andranik və Njdelər hazırlanır...- FOTO

Erməni uşaqlardan gələcək terrorçu Andranik və Njdelər hazırlanır...- FOTO

Tarix: 11 Dekabr 2021 13:30

"Beynəlxalq super güclər də heç cür Azərbaycanın Ermənistanla yekun sülh sazişini bağlamasını istəmir və aradakı qarşılıqlı nifrətin aradan qalxmaması və bu "qladiator" savaşının davam etməsi üçün əllərindən gələni edirlər..."

"Sabahın Ermənistanını bu uşaqlarda görün, onların arasına Njde və Andranik  toxumunu səpin və erməni milləti yeni Njde və Andraniklər əldə edəcək. Çünki onların içi intiqam hissi ilə doludur, onlar azadlıq mübarizəsinin qiymətini çoxlarından yaxşı bilirlər".

Sonxeber.net moderator.az-a istinadən xəbər verir ki, bu faşist, ermənizm xislətli cümlələri və onlara uyğun uşaq fotolarını sosial şəbəkələrin erməni seqmentində Yeprem Marqaryan ad-soyadlı bir erməni istifadəçi paylaşıb.

Fotolarda Azərbaycan və Türkiyəyə qarşı mübarizəyə, döyüşlərə hazırlanan erməni uşaqlar təsvir edilib.

ABŞ-ın "demokratiya sammiti"nə dəvət etdiyi Ermənistanda belə bir anti-bəşəri, ədalətsiz təbliğat aparılır.

Görünən odur ki,  beynəlxalq super güclər də heç cür Azərbaycanın Ermənistanla yekun sülh sazişini bağlamasını istəmir və aradakı qarşılıqlı nifrətin aradan qalxmaması üçün əllərindən gələni edirlər...


Etiketlər:  Erməni uşaqlardan gələcək terrorçu Andranik Njdelər hazırlanır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ