Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mətanət qızından danışıb ağladı: ''Bu ayrılıqlar məni öldürəcək'' - VİDEO

Mətanət qızından danışıb ağladı: ''Bu ayrılıqlar məni öldürəcək'' - VİDEO

Tarix: 11 Dekabr 2021 14:25

"Ülkər üçün darıxıram. Yanına sevinə-sevinə gedirəm, qayıdanda deyirəm ki, bu ayrılıqlar məni öldürəcək. Görüntülü danışıram, amma bir də var ki, onu hiss edəsən, öpəsən, qucaqlayasan".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Həmin Zaur" verilişində deyib. Proqramda qızının görüntülərinə baxan sənətçi göz yaşlarını saxlaya bilməyib: 

"Allah bütün qızları xoşbəxt etsin, mənim də balalarım onların içində. Qızım uzaqdadır, qürbətdədir. Bir də görürsən ki, Ülkərə bənzəyən bir qız görürəm, ürəyim əsməyə başlayır. Sonuncu dəfə yayda yanına getmişdim. Beş ay əvvəl Tuana adlı qızı dünyaya gəlib. Gözləri Ülkərinkinə oxşayır. Arzu edirəm ki, Azərbaycan anaları həmişə balalarının xoşbəxtliyini görüb sevinsinlər".

Qeyd edək ki, Ülkər Türkiyə vətəndaşı ilə ailəlidir və orada yaşayır.


Etiketlər:  Mətanət qızından danışıb ağladı ayrılıqlar məni öldürəcək VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ