Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2019 08:04
Bakı. Elçin Mehdiyev – Trend:
2019-cu ilin yanvar-iyul aylarında Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 23,2 milyard manat təşkil edib.
Trend-in məlumatına görə, sənaye məhsulunun 80,9 faizi mədənçıxarma, 17,1 faizi emal, 1,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 83,9 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 89,1 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 10,9 faiz təşkil edib.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 avqust 2019-cu il vəziyyətinə 233,6 milyon manatlıq hazır məhsul ehtiyatı olub.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 60,5 milyon manat məbləğində digər məhsullar da mövcud olub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin