Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

UEFA Mahir Emrelinin komandasını cərimələyib

UEFA Mahir Emrelinin komandasını cərimələyib

Tarix: 12 Dekabr 2021 15:08

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sını cəzalandırıb.

Milli.Az "Report"a istinadən bildirir ki, buna Varşava təmsilçisinin evdə İtaliya "Napoli"sinə 1:4 hesabı ilə uduzduğu Avropa Liqasının qrup matçında yerli azarkeşlərin priotexniki vasitələrdən istifadə etmələri səbəb olub.

Nəticədə klub 40 000 avro məbləğində cərimələnib.

Qeyd edək ki, sözügedən qarşılaşmada "Legiya"nın yeganə qolunu Mahir Emreli vurub.

Milli.Az


Etiketlər:  UEFA Mahir Emrelinin komandasını cərimələyib


RƏYLƏR