Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Belə parodiya olmur, düşüklüyün pik həddidir!" - Parodiya qalmaqalı böyüyür - VİDEO

Tarix: 13 Dekabr 2021 13:20

Aktyor Elcan Rəsulovun  "Həmin Zaur" proqramında Əməkdar artist Ağalar Bayramovu parodiya etməsi qalmaqala səbəb olub.  

Milli.Az Olay-a istinadən xəbər verir ki, Bayramov aktyorun onu parodiya etməsini birmənalı qarşılamayıb, ona sərt reaksiya verib:

"Belə parodiya olmur, bu düşüklüyün pik həddidir! Eləyə bilmirsən, etmə. Ağalar Bayramovu parodiya etmək hər oğulun işi deyil! Ağaları parodiya etmək üçün onun iç dünyasına varmaq gərəkdir! Buna isə dərin zəka, kamal gərəkdir", -deyə bildirib.  

O, daha sonra proqramın digər qonağı olan Əməkdar artist Dilarə Əliyevanı da tənqid edib.

"Məni təəccübləndirən Dilarənin mənasız gülməyidir. Guya xoşuna gəlib, guya "əla" edir.... Rəhmətlik Şahmar Əkbərzadə demişkən: "Utanım yerinizə...".

D. Əliyeva OLAY-a açıqlamasında Əməkdar artistin fikirlərinə cavab verib:

"Ola bilsin ki, Ağalar müəllim üçün mənim gülüşüm mənasızdır. Amma orada mən bir məna tutduğum üçün gülmüşəm. İkincisi, parodiya münasibəti düzgün müəyyənləşdirmək lazımdır.

Parodiya olunan insanlar maraqlıdır ki, təqlid edilir. Gülüş üçün bir motiv olmalıdır. Mən də orada  bir motiv tapdığım üçün, Elcan da bunu bacardığına, parodiyanın öhdəsindən gəldiyinə görə, məndə gülüş doğurdu. Parodiya olunur ki, güləsən. Məni də dəfələrlə təqlid ediblər, onlara da gülmüşəm, xoşuma gəlib. Ağalar müəllimin xoşuna gəlməyibsə, nəsə edə bilmərəm. Bu da Ağalar müəllimin fikridir, ona hörmətlə yanaşıram".

Elcan isə sosial şəbəkədə status yazaraq qarşı tərəfin açıqlamasına münasibət bildirib:

"Əslində mən sizi 2 il qabaq parodiya etmişdim və səhv etmirəms,ə siz də buna etiraz etməmişdiniz. Dəqiq xatırlamıram, məncə, sizin oğlunuz bu barədə mənə yazmışdı. Hər halda, neqativ fikir olsaydı, təkrarlamağa çalışmazdım. Digər tərəfdən, mən özüm parodiyaya o qədər də ciddi baxmıram, bu ölkə reallığını nəzərə alaraq təbii ki.. Bunu dəfələrlə qonaq olduğum verilişlərdə də bildirmişəm. Hətta "parodiya etmək" sözünü eşidəndə getmədiyim efirlər və verilişlər var. Dediyim kimi, ciddi yanaşmıram və özümə yaraşdırmıram. Bir gənclik illərinin həvəsi kimi baxıram bu məsələyə. İndi gələk sizin "alınmadı" dediyiniz verilişə. Bəli, orada alınmadı. Nə parodiya, nə musiqi, nə də məndən sonra Zakir Əliyevin ifası. "Nəyə gülür, özü də bilmir" dediyiniz Dilarə xanım da gördü mənim oradakı etirazlarımı. Elə canlı efir gedə-gedə. Hər halda, alınmasa belə sizdən heç vaxt heç nə yazmayan saytların belə adınızın qələmə almasına yardımçı oldum". 

Rəsulov Ağalar Bayramovun onu 2003-cü ildən tanıdığını qeyd edib:

"Hələ camaatın məni tanımadığı vaxtlarda siz artıq məni yaxşı tanıyırdınız. Hələ 2003-2004 illərdə. Sizin də müəllimi olduğunuz "Səhnə danışığı"kafedrasından mənə siz hələ təzə "Əməkdar artist" adı alanda artıq çoxdan "Xalq artisti" adını almış Laləzar Mustafayeva dərs deyirdi. Hətta 2, ya 3- cü dərsdən sonra mənə demişdi ki, sənə səhnə danışığını öyrətməyə ehtiyac yoxdur. Sən artıq bunu mükəmməl bilirsən. 

Hələ digər sənət və səhnə müəllimlərindən danışmıram ki, təvazökarlıqdan uzaq çıxar. İndi də keçid edək mənim aktyorluğuma, oynadığım obrazlara. Sizdən yaşda 2 dəfə balaca olsam da, hər halda mənim artıq iki obrazım tamaşaçıların yadında uğurlu obraz kimi qalıb. Hətta bəzən məni obrazlarımın adı ilə çağırırlar. Baxmayaraq ki, o tamaşaçılar sizin bir obrazınızı belə tanımırlar, nəinki adını bilələr. Teatrında da işləmişəm, Xalq teatrında da çalışmışam. Laureat da olmuşam, mükafatlar da almışam. Sizdən tək fərqim odur ki, mən hələ Əməkdar artist deyiləm. O da çox keçməz, sevindirərəm sizi. Amma bütün bunların fonunda mən sizdən üzr istəyirəm, bağışlayın, bir daha təkrar etmərəm.

Çünki siz məndən çox böyüksünüz. Hətta mənim 14 il qabaq dünyasını dəyişmiş atamdan da böyüksünüz. Mənim nə həddimədir ki, böyüklərin sözündən çıxım. Söz verirəm, bir daha belə şey görməyəcəksiniz. Amma vallah o verilişdə Dilarə xanım başqa şeyə gülürdü. Hətta mən meyxana deyəndə Gülüstan xanım da başqa şeyə gülürdü. Zauru da tənbeh edəcəm. Məni yeni premyerası olmuş "5 betər" filmindən danışmaq adıyla çağırıb, orada məndən parodiya istədiyi üçün. Yeri gəlmişkən, bu filmdə də baş rolda oynamışam, Ağalar müəllim. Vallah, yayın istisində çox böyük əziyyətlə işləmişik. Eybi yox, mən sizin yerinizə işləyim, siz bizim yerimizə utanın, Ağalar müəllim".

Milli.Az


Etiketlər:  Belə parodiya olmur düşüklüyün pik həddidir Parodiya qalmaqalı böyüyür VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ