Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2021 13:40
"İki yaşlı oğlumu qəzet kağızlarının üzərində yatızdırmışam, baxanım yox idi".
Sonxeber.net moderator.az-a istinadən xəbər verir ki, bu sözləri məşhur aparıcı Xoşqədəm Hidayətqızı aparıcılıq etdiyi "Səni axtarıram" verilişində deyib. Aparıcı uğur əldə etmək üçün zamanında çox əziyyətlərdən keçdiyini qeyd edib:
"Filmlərə baxıb, lüks həyat yaşamaq istəyirsiniz. Lüks həyatlar, filmlər boş şeylərdir. Lüks həyat yoxdur, işləmədən heç nəyə nail ola bilməyəcəksiniz. Öz ayağınızın üzərində durmaq üçün zəhmət çəkmək, əmək sərf etmək lazımdır. Xoşqədəmə bənzəmək istəyirsiz?! İki yaşlı oğlumu qəzet kağızlarının üzərində yatızdırmışam, baxanım yox idi.
Zamanında həmin fotonu "Yeni Müsavat" qəzetinin Alim adlı fotoqrafı çəkmişdi. O zaman həmin şəkli çəkdiyi üçün ona çox qəzəblənmişdim. Amma nə yaxşı ki, çəkib. Allah ona rəhmət eləsin".
Xatırladaq ki, Xoşqədəm Hidayətqızının üç övladı var.