Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sonanın Avroviziya üçün çəkilən klipi... - VİDEO

Sonanın Avroviziya üçün çəkilən klipi... - VİDEO

Tarix: 13 Dekabr 2021 14:15

Azərbaycanın Avroviziya Uşaq Mahnı Müsabiqəsində təmsil edəcək mahnıya klip çəkilib. 

Milli.Az Olay-a istinadən xəbər verir ki, ekran işi klipmeyker Fərhad Əli başda olmaqla azərbaycanlı heyət ərsəyə gətirib.

Qeyd edək ki, təmsilçimiz Sona Əzizova həftəsonu Parisdə Mariya Broberq, Fransisko Fariya, Martin Veyk və Hampus Evreniusun yazdığı "One Of Those Days" lirik balladanı ifa edəcək.

Mahnı ingilis və azərbaycan dillərində ifa olunub. 

Uşaq Avroviziya 2021 mahnı müsabiqəsi bu il dekabrın 19-u Fransada keçiriləcək. 19 ölkənin iştirak etdiyi müsabiqənin rəsmi şüarı "Imagine"-dir (Xəyal Et). 

Milli.Az


Etiketlər:  Sonanın Avroviziya üçün çəkilən klipi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ